“Qəbələ”dən getdi, Ukraynada separatçılıqda ittiham olundu

23 Oktyabr 2018 11:36 Qalmaqal 360
“Qəbələ”dən getdi, Ukraynada separatçılıqda ittiham olundu

2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək “Qəbələ”də çıxış edən Aleksey Qay qalmaqalla üzləşib.

Sportinfo.az xəbər verir ki, bu ay Donetsk “Olimpik”i ilə müqavilə bağlayan 36 yaşlı yarımmüdafiəçi vətəni Ukraynada yaxşı qarşılanmayıb.

Azərkeşlər Premyer Liqanın XII turunda “Çernomorets”lə debüt oyununda Qayı fitə basıblar, eləcə də onun əleyhinə “Lyoşa, sənə “Kuban”da nə qədər verirdilər?” və “Qay – separ” (separ - separatçı) şüarları səsləndiriblər.

Fanatlar bununla futbolçunun son iki mövsümdə Rusiyanın “Kuban” klubunun formasını geyinməsinə və “Çernomorets”də çıxış etdiyi vaxt Ukrayna ordusuna dəstək aksiyasına qoşulmamasına etiraz ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti