Gözü qızan tanınmış futbolçu müğənninin burnunu qırdı

11 Oktyabr 2018 01:00 Qalmaqal 440
Gözü qızan tanınmış futbolçu müğənninin burnunu qırdı

Türkiyə millisinin və "Başakşehir"in futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinlə dava edib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb.

Bu hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda Turan isə gecə klubunu tərk etməyib.

Arda Turanın 10 matçlıq diskvalifikasiya müddəti başa çatıb. O, ötən mövsüm referiyə qarşı intizamsız hərəkət etdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün 16 oyunluq cəzalanmışdı. Ancaq sonradan onun cəzası 10 matça qədər azaldılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti