Azərbaycanlı sabiq nazirin oğunu öldürən "Fənəbağça"lı patronun dostu imiş…

21 Sentyabr 2018 17:12 Qalmaqal 501
Azərbaycanlı sabiq nazirin oğunu öldürən "Fənəbağça"lı patronun dostu imiş…

Türkiyə mediası Azərbaycanın keçmiş Baş prokurorunun və keçmiş ədliyyə nazirinin oğlu Etimad İsmayılovu qətlə yetirən Suraxanı rayonunun sabiq polis rəisi Gözəl Dəmirovun polisə verdiyi ifadənin məzmunu barədə dünəndən bəri bir-birinə zidd olan xəbərlər yayır.

Bəzi qəzetlər qətlin Dəmirovla İsmayılovun ortaq şirkətinin dəyəri 4 milyon dollar olan 2 faizlik səhm paketi üstündə baş verdiyini yazır.

Və bu məsələdə versiyalar haçalanır. Məsələn, “Hürriyet” qəzeti yazır ki, həmin 2 faizlik səhm paketini Dəmirov İsmayılova təhvil verməli idi, amma “yaşadığı bəzi problemlər üzündən” bu prosesi ləngidib.

Nəticədə onların arasında mübahisə yaranıb. Digər qəzetlərdə isə əksinə, İsmayılovun 2 faizlik səhm paketini Dəmirova verməli olduğunu, ancaq işi ləngitdiyini və nəticədə tərəflər arasında mübahisə yarandığını yazırlar.

“Sabah” qəzeti bugünkü sayında məbləği kəskin azaldıb, ortaq şirkətin 2 faizlik səhm paketinin 1 milyon dollar dəyərində olduğunu göstərib. Və yazıb ki, həmin hissələrin təhvil-təslimi üçün tərəflər sentyabrın 19-da günorta saatlarında görüşüblər.

Lakin müzakirədən nəticə əldə olunmayıb və onlar mübahisə edərək ayrılıblar. Daha sonra Dəmirov evindən “Glock” markalı tapançasını götürərək geri qayıdıb və Etimad İsmayılovu ofisində güllələyib.

Hadisə ilə bağlı E.İsmayılovun ofisində işləyən Rusiya və Qazaxıstan vətəndaşı iki nəfərin də ifadələri alınıb.
Mərhum İsmayılovun cənazəsi dünən gecə Bakıya gətirilib və bu gün Nardaran qəbirstanlığında torpağa tapşırılıb.

Qonşu ölkə mediasının iddiasına görə, Dəmirov 20 ilə yaxın müddətdə «Fənərbağça»nın prezidenti Əziz Yıldırımın yaxın dostudu. Onlar uzun müddətdi şərikli biznes fəaliyyəti ilə məşğuldu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti