Yüksək vəzifəli idman məmuru Qarabağ separatçılarının qonağı oldu

16 Sentyabr 2018 16:10 Qalmaqal 360
Yüksək vəzifəli idman məmuru Qarabağ separatçılarının qonağı oldu

Latviyanın Badminton Federasiyasının birinci katibi, həm də politoloq olan Kristians Rozenvalds Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib.

Sportinfo.az xəbər verir ki, Kristians Rozenvalds Xankəndidə “DQR”in “xarici işlər naziri” ilə görüşüb.

Qeyd etməyə dəyər ki, Kristians Rozenvalds Latviyanın özündə birmənalı qəbul edilmir. O, dəfələrlə fitnəkar bəyanatlarla çıxış edib və buna görə ona “Rusiyayönlü agent” ləqəbi veriblər.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər Bakının qaçılmaz sanksiyalarına səbəb olur. Belə ki, Qarabağa qanunsuz gedən şəxs avtomatik olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı”sına düşür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti