"Keşlə"nin legioneri komanda yoldaşı tərəfindən döyüldü

5 Avqust 2018 19:36 Qalmaqal 610
"Keşlə"nin legioneri komanda yoldaşı tərəfindən döyüldü

“Keşlə” və “Qəbələ” arasında baş tutan yoxlama oyunundan sonra qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin 2:0 hesabıyla qalib gəldiyi görüş bitən kimi “Keşlə”nin futbolçuları bir-birinə dəyiblər.

Belə ki, paytaxt klubunun legioner futbolçusu Denis Silva gənc oyunçulardan bəzisinə iradlarını bildirib. Bu zaman onlar da braziliyalı müdafiəçiyə etiraz etməyə başlayıblar.

Xüsusilə gənc futbolçu Murad Qayalı təcrübəli komanda yoldaşının bu matçda avtoqola imza atmasını qabardaraq ondan susmasını tələb edib.

Mübahisə komandanın avtobusunun yanında əlbəyaxa davaya qədər davam edib. Dava zamanı Murad Silvaya yumruq zərbəsi də endrib. Onları digər komanda yoldaşları və texniki heyət çətinliklə bir-birindən ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti