Azərbaycanda klub 70 min manat xərcə düşdü - Sonra bəs?

2 Aprel 15:00 Qalmaqal 465
Azərbaycanda klub 70 min manat xərcə düşdü - Sonra bəs?

“Səbail”lə keçmiş futbolçusu Tural Bayramlı arasında uzun müddətdir davam eləyən problem həll olunub.

Bayıl klubu ona 70 min manat ödəniş edib.

31 mart «dənizçilər»in qarşı tərəfə ödəniş etməsi üçün son tarix idi. Əks halda, 26 yaşlı oyunçu FIFA-ya şikayət məktubu göndərməyi düşünürdü.

“Araz-Naxçıvan”ın formasını geyinən yarımmüdafiəçi onunla olan müqaviləni birtərəfli şəkildə pozduğu üçün qəsəbə təmsilçisindən AFFA-dakı Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət ünvanlamışdı.

Ötən il oktyabrın 12-də “Səbail”in xeyrinə qərar çıxarılsa da, dekabrın 27-də AFFA Apellyasiya Arbitraj Tribunalı şikayətçiyə 70 min manatın ödənilməsi barədə qərar vermişdi. Fəqət 3 ay müddətində həmin pul ödənilməmişdi.

“Səbail” də bir neçə gün əvvəl AFFA-nı (böyük ehtimalla, Apellyasiya Arbitraj Tribunalını) məhkəməyə verib. Klubun iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. Sahibə Hacıyeva iş üzrə hakim təyin edilib.

“Səbail”in federasiyadan narazılığının kökündə ödənişin onların üzərinə qoyulmasıdır. Burada belə hesab edirlər ki, qurum onların haqlı iradlarını və gətirdikləri hüquqi əsasları nəzərə almayıb.

Son vəziyyət klubun sabiq idman direktoru Fərəc Əliyevin də başını ağrıdacaq. Çünki problem onun idarəçiliyi dönəmində yaşanıb.

«Dənizçilər» həmin vaxt Bayramlı ilə 2 illik müqavilə imzalayıb. Bu kontrakta əsasən, «Sumqayıt»ın yetirməsi ilk mövsümdə 60 min manat, növbəti «futbol ili»ndə isə 70 min manat pul almalı idi.

O. keçən sezonun başında Mahmud Qurbanov tərəfindən əvəzedici heyətə göndərilib, daha sonra sükan arxasına əyləşən Şahin Diniyev də orta sahə oyunçusunu geri qaytarmağa təşəbbüs göstərməyib.

Bəs Fərəc Əliyevin qəbahəti nədir? İdman direktoru rəhbərliyi vaxtında problemdən xəbərdar etməyib, Turalın çoxsaylı şikyətlərinə barmaqarası yanaşıb, işin üstünə isti-isti düşməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti