UEFA azərbaycanlıya qadağa qoydu - Bir də ora getməyəcəksən!

7 May 2023 18:10 Qalmaqal 2 651
UEFA azərbaycanlıya qadağa qoydu - Bir də ora getməyəcəksən!

UEFA Əliyar Ağayevin Yunanıstan çempionatında oyun idarə etməsinə qadağa qoyub.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, qurumun prezidenti Aleksander Çeferin Yunanıstan Futbol Federasiyasına göndərdiyi məktubda elit və A kateqoriyalı hakimlərə Superliqa matçlarıını idarə edə etməyə icazə verməyəcəklərini bildirib.

Bu qərarı şərtləndirən səbəb yunanların hakimlərə münasibətidir.

Həmyerlimiz Əliyar Ağayev də son illərdə dəfələrlə Yunanıstan çempionatının oyunlarına təyinat alıb. “Aris” superliqanın 33-cü turunda PAOK-la keçirilən oyundan sonra bəyanat yayaraq hakim idarəçiliyindən şikayətçi olub.

Bəyanatda Əliyar Ağayev saxtakarlıqla itttiham olunub. Klubun iddiasına görə, FİFA referisi “Aris”in yüzfaizlik penaltisini və rəqibin müdafiəçisinə qırmızı vərəqəni verməyib.

Əliyar Ağayev 2016-cı ildə UEFA-nın A kateqoriyasına keçməklə Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti