Futbolçuya atılan şüşə butulka azərbaycanlı hakimin başına dəydi

3 May 2023 00:30 Qalmaqal 1 057
Futbolçuya atılan şüşə butulka azərbaycanlı hakimin başına dəydi

Azərbaycanlı hakim Akif Əmirəli Yunanıstan çempionatının oyunu zamanı yüngül xəsarət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, XXXIII turun PAOK – “Aris” görüşünün 26-cı dəqiqəsində meydan sahiblərinin azarkeşi topu yan xətdən oyuna daxil etmək istəyən qonaqların futbolçusuna şüşə butulka atıb.

Lakin butulka laynsman Əmirəlinin başına dəyib. Xoşbəxtlikdən referi ciddi xəsarət almayıb və mübarizə davam etdirilib.

PAOK-un 3:2 hesablı qələbə qazandığı görüşü FIFA referisi Əliyar Ağayev idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il