Legioner yenicə anlaşdığı Azərbaycan klubunu aldatdı - ŞOK OLAY!

28 İyul 09:40 Qalmaqal 1 954
Legioner yenicə anlaşdığı Azərbaycan klubunu aldatdı - ŞOK OLAY!

21 ildən sonra Premyer Liqaya qayıtmış «Şəfa» şok hadisəylə üzləşib.

I Liqanın çempionu olaraq elitaya dönmüş paytaxt təmsilçisi yeni anlaşdığı legioner tərəfindən aldadılıb.

Mohamed Medfai ilə bir müddət öncə 1+1 illik müqavilə imzalansa da, o, son anda Azərbaycana gəlməkdən imtina edib.

«Şəf»a fransalı yarımmüdafiəçinin yolunu gözlədiyi vaxt məlum olub ki… 25 yaşlı ərəb kökənli vinger Yunanıstana yollanıb və yerli klubların biriylə münasibətlərini rəsmiləşdirib.

Medfai son olaraq Fransada «Şarlerua»nın formasını geyinib. Üç il ərzində burada 84 oyuna çıxıb, 14 qol vurub. «Ayaçço»nun yetirməsi indiyədək 3 ölkədə legioner həyatı yaşayıb.

Polşada «Olimpia Qrudziąd», Portuqaliyada «Marítimo» və Tunisdə «Monastir»ın üğurları üçün tər töküb.

"Şəfa" bu yay 13 yeni oyunçunu sıralarına qatıb.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) komandaya qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi