
Bir müddət öncə haqqında futboldan ömürlük uzaqlaşdırma qərarı çıxarılan MOİK-in hücumçusu Fərmayıl Əliyev ittihamlarla bağlı heç yerə müraciət etməyib.
Sportinfo.az xəbər verir ki, o, bu haqda qaynarinfo-ya açıqlamasında bildirib.
Əliyev AFFA-nın haqında çıxardığı qərardan sonra nə işlə məşğul olduğu haqda bunları deyib:
"Xeyr, heç yerə müraciət etmədim. Futboldan kənarda qalanda heç kim yada salmır. Amma belə şeylər olanda hamı zəng edir.
Məsələ elə də qalıb, heç bir xəbər yoxdur. AFFA-dan da mənə heç nə deməyiblər.
Ümumiyyətlə, harasa müraciət etmək fikrim yoxdur. Bu haqda danışmaq istəmirəm, üzrlü hesab edin”.
Yanvarda AFFA-nın çıxardığı qərara əsasən MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük diskvalifikasiya edilmişdi.
Onlar futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.