"Neftçi"nin futbolçusuna ağır cəza – AFFA-nı söyüb…

6 Yanvar 2023 13:20 Qalmaqal 1 149
"Neftçi"nin futbolçusuna ağır cəza – AFFA-nı söyüb…

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.

“Neftçi”nin müfadiəçisi Aslan Şirinovun cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb.

Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.

Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"