Vaxt var idi, pulunu "balta kəsmirdi", indi Bayram Nurlu ilə… "Təkər" VİDEOsu

26 Yanvar 2023 14:40 Problem 1 081
Vaxt var idi, pulunu "balta kəsmirdi", indi Bayram Nurlu ilə… "Təkər" VİDEOsu

Eh gidi dünya…

Bu səhnəni görmək və izləmək necə də ağırdır.

Vaxt var idi… Vaxt var idi, Vüqar Nadirov üzdə idi, pula pul demirdi, qazandıqlarının sayı hesabı bilinmirdi, hamı ondan danışırdı.

Hələ 16-17 yaşında güclülər dəstəsində debüt edən, elə bu qədər illər ərzində müxtəlif imkanlı klubların formasını geyinən, millilərə çağrılan hücumçunun maddi imkan cəhətdən nələri olmalıydısa.

Vuqarda bunların hamısı var idi, beş də artıq. «Qarabağ»da başlayan karyera inkişafına görə o, heç şübhəsiz, əmisi, mərhum Adil Nadirova borcludur.

Klubun ovaxtı idarəçisinirn üzərində bir həyat haqqı var. Məhz Adil Nadirovun kölgəsində inkişaf edən Vüqarın üzünə bütün qapılar açıq idi.

O isə elə bilirdi ki, qazandıqlarının yeganə səbəbkarı özüdür.

Vaxt var idi, mətbuat hər gün Vüqardan gündə azı iki xəbər tirajlayırdı. Səhər oyunu, axşam şəxsi dünyası barədə.

«Qarabağ»ın heyətində avrokuboklarda vurduğu qollar bir xəbər olurdusa, sürdüyü maşınların markası, qiyməti də başqa bir informasiya idi, manşetləri bəzəyirdi.

Vüqar futboldan qazandıqlarının qədrini bilmədi. Çölə atsaydı, heç olmasa, 2-3 milyonu var idi indi.

Hara getdi o varidat, var-dövlət, kim bilir! Əslində, bilinir e! Çox yaxşı bilinir. Vüqarün özü bilirmi barı? Açığı, mən yenə də şübhə ilə yanaşıram buna.

Bu gün o, yeni macəra arayışı içində deyil. məcburiyyət onu gətirib «Təkər»ə düşürüb. Bayram Nurlunun də olduğu «TikTok» verlişində səhnə almaq, bilsəydi ki, ona nə boyda zərbədir…

Sıxıntıları o qədər böyükdür ki, heç bunun umrunda da deyil. Samir Bağırov, Samiraldo, Röya, nə bilim, kim, kim «TikTok»da bir verliş açıb uduşa avtomobil qoysa, ta mən Vüqarın orada görünməsinə təəccüblənmirəm.

Bir maşınea görə Bayram Nurlu ilə eyni proqramda yer almağı özünə yaraşdıran Vüqarın halına təəssüf, min təəssüf!

Vaxt var idi, o avtomobili Vüqar ona-buna hədiyyə edirdi. O avtomobil nədir, Vüqar camaata ev, obyekt bağışlayırdı.

Getdiyi hər məclisə nə pullar tökürdü, nə hesablar bağlayırdı.

Kimlərin ayaqlarının altına nələr səpirdi, bir xatırlasın. Və dönsün, bir də arxaya boylansın, başını sağa, sola çevirsin.

Görsün yanında kimlər var, kimlər yox. Varmı ki, kimsə? Hanı o adamlar? Biri də yoxdur, qalmayıb.

Əmi Nadirov sağ olsaydı, qardaşoğlu Nadirov bu hallara qalmaz, «Təkər»ə düşməzdi. Rəhmətlik sağlığında çox çalışdı ki, Vüqarı öz qanadı altında saxlasın, hamıdan qorusun.

Yadımdadır, günaşırı zəng vurardı, Vüqara dəstək olmağı xahiş edərdi, tənqidin dozasını avaltmağımızı istəyərdi.

İndi deməsin, deyərdi ki, uşaqdır da, ağzı isti yerdədir, vaxt gələr, səhvlərindən nəticə çıxarar, bütün diqqətini futbola verər.

Rəhmətlik mehriban insan idi, yaxşı söhbətləri var idi, kimsə onun sözünü yerə salmazdı.

O getdi, Vüqar da futboldan ilim-ilim itdi. Millidə, «Qarabağ»da adını adlara qoşmuş bir hücumçu sonradan Region Liqasında, hansısa uşaq akademiyasında peyda oldu, guya, AFFA-dan iş aldı.

Soyadı özündən qabağa düşdü, yenə yox oldu. Və indi Bayram Nurlu ilə bir verlişi bölüşür, avtomobil udacağıqna ümid edir.

«Kiminin əvvəli, kiminin axırı» buna deyərlər. Yenə də min təəssüf!

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı