“Qarabağ”ın futbolçusuna “bedro“ atdılar, ara qarışdı

25 Noyabr 2021 23:30 Problem 976
“Qarabağ”ın futbolçusuna “bedro“ atdılar, ara qarışdı

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin V turunda "Omoniya" ilə matçında gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisə 31-ci dəqiqədə Abbas Hüseynovun rəqibin oyunçusu Kiko arasında top uğrunda mübarizədən sonra olub.

Abbas topa rəqibdən tez yetişincə, kiprlilərin futbolçusu onu güləş fəndi ilə yerə yıxıb.

Buna qəzəblənən "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqes rəqibin üstünə şığıyıb. Kapitan Maksim Medvedevin ilk müdaxiləsi ilə oyunçuları sakitləşdirmək mümkün olub.

Baş hakim isə Borqes, Kiko və Mihal Durişi sarı vərəqə ilə cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il