"Məni Azərbaycanda təəccübləndirən heç nə olmadı"

22:20 Premyerliqa 137
"Məni Azərbaycanda təəccübləndirən heç nə olmadı"

Ötən yay Premyer Liqamıza ayaq açan yeni legionerlərin sayı az olmadı.

Onlardan biri də "Şəfa"nın yarımmüdafiəçisi Dilan Mertens oldu.

Niderlandlı orta sahə oyunçusu qısa müddətdə debütantın əsas heyət üzvünə çevrilə bildi.

Artıq 6 turdur Premyer Liqa matçlarında onu meydanda görürük.

Maraqlıdır, 31 yaşlı futbolçunun Azərbaycan çempionatı barədə ilkin təəssüratları necədir?

Yaxşı və ya pis mənada onu təəccübləndirən məqamlar nədir?

Sportinfo.az-a açıqlamasında Mertens bunları deyib:

"Bu, çox fiziki mübarizələrin olduğu bir çempionatdır.

Komanda olaraq xal qazanmaq istəyirsinizsə, komanda şəklində çıxış etməli, sonra isə fərdi mübarizələrdə qalib gəlməli və yaratdığınız fürsətlərdən istifadə etməlisiniz.

Əslində, məni xüsusi olaraq təəccübləndirən heç nə olmadı.

Müxtəlif ölkələrdə olmuşam və çox şey təcrübə etmişəm, ona görə də artıq məni asanlıqla təəccübləndirmək olmur.

Amma Bakı şəhəri məni təəccübləndirdi. Çox gözəl şəhərdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti