"Neftçi"dən ayrılan yarımmüdafiəçinin son anda "yox" dediyi klub məlum oldu

17:45 Premyerliqa 193
"Neftçi"dən ayrılan yarımmüdafiəçinin son anda "yox" dediyi klub məlum oldu

Milli komandamızın sabiq yarımmüdafiəçisi Elvin Camalovun “Sumqayıt”a keçidi son anda baş tutmayıb.

Belə ki, Filippe Kandi­do təklif edilən orta sahə oyunçusun bəyənib və transferi ilə bağlı müsbət razılıq verib.

Tərəflər arasında bütün detallarda razılıq əldə edilib.

30 yaşlı futbolçunun “Kimyaçılar”a keçidi artıq an məsələsi olub.

Lakin son anda təcrübəli oyunçu qərarını yetirməsi olduğu “Qəbələ”nin xeyrinə verib. Həm də daha aşağı şərtlər qarşılığında.

31 yaşlı futbolçu 2 həftə öncə sabiq komandası ilə 2 illik müqavilə imzalayıb.

Elvin 2013-2019-cu illərdə isə “Qəbələ”nin əsas komandasında çıxış edib.

Camalov “Qəbələ”nin əsas heyətində 132 oyuna çıxıb. O, daha sonra “Zirə”, “Sabah” və “Neftçi”də çıxış edib.

Yarımmüdafiəçinin son klubu da “Neftçi” olub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti