Həftələrdir gözlənilən oyun gəlib çatdı.
Premyer Liqanın VII turu çərçivəsində maraqla gözlənilən qarşılaşma bu həftə baş tutacaq.
Söhbət "Neftçi" - "Sabah" oyunundan gedir.
Çempionata uğurlu start verən “Ağ-qaralar” hazırda turnir cədvəlinə liderlik edir.
Son çempion da geridə qalan altı turda beş qələbə qazanıb, digər oyunu isə təxirə salınıb.
Bu səbəbdən qarşılaşmaya maraq həddindən artıq böyükdür.
Oyuna iki gün qalmasına baxmayaraq, klubdan əldə etdiyimiz məlumata görə, artıq 4 min bilet satılıb.
Bu isə o deməkdir ki, oyun günü "Palms Sports Arena"da anşlaq yaşanacaq.
"Neftçi" - "Sabah" oyunu 9 oktyabr, saat 19:30-da start götürəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
