Lebon “Neftçi”yə jest etdi – Ayrılığın detalları

9 Yanvar 2025 23:00 Neftçi 4 130
Lebon “Neftçi”yə jest etdi – Ayrılığın detalları

“Neftçi”dən ayrılan növbəti futbolçu Kilan Lebon oldu.

27 yaşlı yarımmüdafiəçi karyerasını başqa ölkədə davam etdirəcək.

Ayrılıq qərarı klub rəhbərliyinə yox, məhz Kilana məxsus olub. Cari mövsümdə az şans qazandığını görən futbolçu mövcud vəziyyətdən razı qalmayıb.

Belədə, “Neftçi”nin başbilənlərinə müraciət edərək müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına nail olmaq istəyib. Bir neçə gün davam edən danışıqlar müsbət sonluqla tamamlanıb.

Hadisələrin bu cür cərəyan etməsi “ağ-qaralar”ı maddi baxımdan irəli salıb. Razılığa əsasən, “Neftçi” sözləşməsinin müddəti iyunda başa çatacaq futbolçuya təzminat ödəməyib.

Halbuki, Kilan yaya qədər ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilməklə aybaay maaşını ala bilərdi.

2023-cü ilin yanvarından ağ-qara formanı geyinən Kilan geridə qalan müddətdə bütün yarışlarda meydana çıxdığı 73 oyunda 6 qol və 11 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var