“Neftçi” - “Sabah”: Stadiona axın oldu, gücləndirilmiş təhlükəsizlik tədrii görüldü - FOTOLAR

19:20 Neftçi 311
“Neftçi” - “Sabah”: Stadiona axın oldu, gücləndirilmiş təhlükəsizlik tədrii görüldü - FOTOLAR

Premyer Liqanın 7-ci turunun mərkəzi qarşılaşmasında “Neftçi” öz meydanında “Sabah”ı qəbul edir.

Çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq gözləniləndən də böyükdür.

Bunu nəzərə alan meydan sahibi klub azarkeşlərin vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əyləncə proqramları təşkil edib.

Matçın başlamasına saatlar qalmış arenaya üz tutan fanatlar qarşılaşmanın start fitinə qədər müxtəlif əyləncələrdən yararlanıblar.

Stadiona azarkeş axını davam edir. Giriş qapılarının önündə xeyli sayda tərəfdarı görmək mümkündür.

Qarşılaşma ilə əlaqədar təhlükəsizlik tədbirləri də gücləndirilib. Arenada asayişin qorunması üçün çox sayda Azərbaycan polisi və Daxili Qoşunların hərbçiləri cəlb olunub.

Stadiondakı ümumi ab-hava da bu qarşılaşmanın sıradan bir oyun olmadığını göstərir. Çempionluq hədəfi olan iki iddialı komandanın dueli həm meydanda, həm də tribunada böyük maraq vəd edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti