Qazaxıstanlı “Neftçi”nin futbolçularını 5000 manat qazanmaqdan məhrum etdi

10:40 Neftçi 151
Qazaxıstanlı “Neftçi”nin futbolçularını 5000 manat qazanmaqdan məhrum etdi

«Neftçi»nin futbolçuları bu həftə 5000 manat qazanmaq fürsətini qaçırıb.

Belə ki, «ağ-qaralar» Premyer Liqanın 7-ci turunda «Sabah»ı qonaq edib və «Palms Sports Arena»da keçirilən qarşılaşma qolsuz başa çatıb.

Əgər ev sahibləri bu görşdən 3 xalla ayrılsadı, onların hər birinə yuxarıda göstərilən rəqəm qədər mükafat ödəniləcəkdi.

«Neftçi» matç ərzində bir neçə dəfə hesabı açmağa yaxın olsa da, qonaqların qapıçısı Stas Pokatilov onların sevinməsinə imkan verməyib. Hətta qaazxıstanlı kiper son dəqiqədə Bassala Sambunun baş zərbəsinə inanılmaz reaksiya göstərib.

Bu nəticədən sonra «Neftçi» 16 xalla turnir cədvəlinin lideridir. Yuri Vernidubun çalışdırdığı komanda onlarla eyni xala malik «Sabah» və «Qarabağ»ı daha yaxşı top fərqinə görə qabaqlayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!