
"Neftçi" Sportinfo.az-ın yaydığı xəbəri rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/142965.html).
Öncədən anons etdiyimiz kimi, Laurensio Regekampf baş məşqçi təyin edilib.
Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
O, "Neftçi TV"yə açıqlamasında böyük bir kluba gəldiyini, amma futbolçuları yaxından tanımadığını, sabahdan etibarən onlarla bağlı məlumat toplayacağını bildirib.
Regekampf deyib ki, burada ciddi işlər görmək niyyətindədir və uğurlu olmaq üçün əlindən gələni əsirgəməyəcək.