"Neftçi" Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah” ilə matçın hazırlığı başa çatıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşü oktyabrın 9-u saat 19:30-da başlanacaq.
Matçın biletlərini “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
