“Neftçi”nin bombardiri ilə bağlı ƏN SON XƏBƏR

8 Oktyabr 20:40 Neftçi 37
“Neftçi”nin bombardiri ilə bağlı ƏN SON XƏBƏR

“Neftçi” “Sabah”la oyuna hazırlaşır.

Oktyabrın 9-da “Palms Sports Arena”da keçiriləcək paytaxt derbisində “ağ-qaralar”ın braziliyalı cinah yarımmüdafiəçisi Breno Almeydanın iştirak edib-etməyəcəyi azarkeşləri ən çox narahat edən sualdır.

Məlum olduğu kimi, 28 yaşlı futbolçu “Araz-Naxçıvan”la son yoxlama oyununda zədə səbəbindən meydana çıxmamışdı.

“Neftçi”nin bombardiri artıq komanda ilə məşqləri bərpa edib. Onun hazırkı durumu qənaətbəxş qiymətləndirilir. Bu

səbəbdən braziliyalının “Sabah”la prinsipial qarşılaşmada meydana çıxmaq ehtimalı kifayət qədər yüksəkdir.

Geridə qalan 6 turda komandasına 7 qol və 2 assistlə töhfə verən “33 nömrə” hazırda komandasının ən vacib fiquru hesab olunur.

“Neftçi”– “Sabah” görüşü saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti