“Neftçi”nin oyunçusu Messiyə nə hədiyyələr təqdim etdi? - FOTO

01:50 Neftçi 108
“Neftçi”nin oyunçusu Messiyə nə hədiyyələr təqdim etdi? - FOTO

Benin komandası Argentina ilə yoldaşlıq oyunu öncəsi Lionel Messiyə xüsusi hədiyyələr təqdim edib.

Sportinfo.az xəbər verir ki, Benin millisinin kapitanı, “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda ənənəvi bayraqla yanaşı, Messiyə heykəlcik, qızılgül budağı, milli komandanın formasını və qonaq nümayəndə heyətinin təbrik məktubunu təqdim edib.

Bu qarşılaşma Messinin Argentina millisində son oyunu olub.

Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilən görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nikolas Otamendi, Niko Paz və Messi fərqləniblər. Messi, həmçinin iki məhsuldar ötürmə verib.

Beləliklə, argentinalı ulduz milli komandadakı karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə başa vurub.

Medial

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO