“Neftçi”də QADAĞA - Ora yaxın gəlməyin, maşınlarınızı içəridə saxlamayın

10:40 Neftçi 219
“Neftçi”də QADAĞA - Ora yaxın gəlməyin, maşınlarınızı içəridə saxlamayın

«Neftçi»nin futbol akademiyasında yeni qadağa tətbiq olunub.

Övladları burada çıxış edən valideynlər daha gündəlik məşq prosesini tribunadan izləyə bilməz.

Onlara məhdudiyyət qoyulub. Bu, akademiyanın koordinatoru Elxan Abdullayevin qərarıdır.

Yaydan bəri paytaxt təmsilçisində çalışan E.Abdullayev təsadüfən belə addım atmayıb. O. bir çox valideynin məşqçilərin işinə müdaxilə cəhdini görərək, çıxış yolunu qadağada görüb.

Çünki azyaşlıların böyükləri əksər hallarda hazırlıq prosesləri zamanı tribunada əyləşərək, meydanda məşq keçən mütəxəssislərə «məsləhət» verir.

Bu kimi hallar dəfələrlə təkrarlandığından, çalışdırıcılar koordinatora şikayətlənib.

Belədə Abdullayev valideynlərin məşq meydançasına yaxın gəlməsinə, ümumiyyətlə, avtomobilləri ilə bazaya daxil olmasına «yox» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!