"Neftçi"nin bombardiri "Sabah"la matçda oynaya biləcək? - BU DA CAVAB!

16:40 Neftçi 205
"Neftçi"nin bombardiri "Sabah"la matçda oynaya biləcək? - BU DA CAVAB!

“Sabah”la oyundan öncə “Neftçi” tərəfdarlarını düşündürən əsas suallardan biri Breno Almeyda ilə bağlıdır.

Braziliyalı futbolçu zədə səbəbindən milli komandaların oyunları üçün yaranmış fasilə müddətində kollektiv məşqlərdən kənarda qalıb.

Fanatları düşündürən məsələ də Almeydanın qarşıdakı “Sabah”la oyuna hazır olub-olmayacağıdır.

Əldə etdiyimiz məlumata görə, bombardirlə bağlı narahatlıq doğuran ciddi əsas yoxdur.

Braziliyalı futbolçu artıq son iki məşqdə kollektiv hazırlığa qoşulub və “Sabah”la oyuna demək olar ki, tam hazır olacağı ehtimal olunur.

Ən pis halda, 28 yaşlı legioner oyunun gedişində meydana daxil olaraq komandasına kömək edə biləcək.

Almeyda bu mövsüm meydana çıxdığı 6 matçda vurduğu 7 qolla bombardirdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti