“Neftçi”nin “Sabah”la oyununa maraq böyükdür.
“Ağ-qaralar” artıq 3500 bilet satıb.
Sportinfo.az xəbər verir ki, matça 2 gün qalsa da, Misli Premyer Liqasının 7-ci tur qarşılaşmasına azarkeşlər böyük diqqət göstərir.
Yəqin ki, oyun saatınadək eyni aktivlik davam edəcək və “Palms Sports Arena”da anşlaq yaşanacaq.
Oktyabrın 9-da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:30-da start götürəcək.
