Samir Abasov ona zəng vuranları "blok"a atdı, bu hadisə baş verdi

21 May 2022 11:40 Neftçi 1 468
Samir Abasov ona zəng vuranları "blok"a atdı, bu hadisə baş verdi

«Neftçi»nin baş məşqçisi Samir Abasov «Forza Neftçi»nin bir qrup azarkeşinin telefon nömrələrini «blok»a atıb.

Fanklubun nümayəndələri görüşmək və dediyi sözlərə aydınlıq gətirmək üçün onunla əlaqə saxlayıb.

Lakin o, fanatlarla çox ünsiyyətə girməyib və onlarla söhbət etmək istəmədiyini bildirməklə kifayətlənib.

Vəziyyəti belə görən «Neftçi» tərəfdarları Sumqayıtda yaşayan çalışdırıcının ev telefonunu tapıb və ona öz sözlərini bildiriblər.

Azarkeşlər Abasovun diqqətinə çatdırıblar ki, klubdan getməsini gözləyirlər. Ondan tezliklə istefa ərizəsi yazmasını tələb edən fanlar pozulan münasibətlərin heç vaxt bərpa olunmayacağını elan ediblər.

Baş məşqçi ilə «Forza Neftçi»nin arası Qəbələ səfərində dəyib. Belə ki, «Qəbələ»yə 0:1 hesablı məğlubiyyəti həzm etməyən bakılı tərəfdarlar həm klub prezidenti Kamran Quliyevin, həm də Samir Abasovun əleyhinə şüarlar səsləndiriblər, «istefa» qışqırıblar.

Sonuncu matçın ardından istər telekanala açıqlamasında, istərsə də mətbuat konfransında «Neftçi» azarkeşlərinin ünvanına yerli-yersiz ifadələr işlədib, belə demək mümkünsə, onları aşağılayıb.

Odur ki, «Forza»lılar haqlı olaraq, baş məşqçini boykot edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti