AFFA ondan asılı olan klublaı Obradoviçə boyun əydirir

13 Fevral 2020 20:50 Milli komanda 1 092
AFFA ondan asılı olan  klublaı Obradoviçə boyun əydirir

AFFA klubların hazırlığına əngəl törədir. U-21 millisinin baş məşqçisi Milan Obradoviçin mənasız təşəbbüsü ilə Premyer Liqa iştirakçılarının planları pozulur, onların daxili işlərinə qarışılır.

Futbolinfo.az xəbər verir ki, qarşıdakı seçmə mərhələ oyunlarına hazırlıq məqsədi ilə serb mütəxəssis Bakıda qısamüddətli toplanışlar keçirir. Və hər turdan sonra U-21-ə namizədlər düşərgəyə çağırılır. Onlar növbəti tura hazırlaşan klublardan ayrı salınır.

Əslində, klubların buna etiraz etmək hüququ var. Bu toplanış FIFA pəncərəsində keçirilmədiyindən qanunsuzdu. Və kimsə futbolçularını yığmaya buraxmasa, haqlı olar. Amma Azərbaycanda əksəriyyət AFFA-dan qorxur və bu səbəbdən əmrə müntəzirdilər. Obradoviçsə fürsətdən faydalanır. O, bu həftənin əvvəlində – fevralın 9-11-i aralığında milliyə namizədləri bir araya gətirib. Növbəti belə toplanış 16-18 fevralı əhatə edəcək.

Bütün klubların “baş üstə” deməyə məcbur olduğu çağırışa hələlik yalnız “Qarabağ” etiraz edib. Peşəkar davranan ağdamlılar əsas heyət üzvü olan 2 oyunçusunu – İsmayıl İbrahimli və Hacıağa Hacılını hazırlıq prosesinə buraxmayıb. Klub rəhbərliyi Qurban Qurbanovun keçdiyi hazırlığın daha faydalı olduğuna inanıb və futbolçularını Obradoviçin eksperimentinə qurban etməyib.

Mənasız toplanışlar təkcə FIFA pəncərəsinə uyğun gəlmədiyi üçün gərəksiz sayılmamalıdı. İş ondadı ki, gənc futbolçular millinin düşərgəsində olduğu həmin dövrdə istirahət etməlidi. Turda meydana çıxmış futbolçular bir gün bərpa prosesi keçir, ardınca bir gün istirahət edir. Əksəriyyəti limit oyunçusu, deməli, həm də əsas heyət üzvü olduqlarından bu prosedur vacibdi. Lakin serb çalışdırıcı öz kreslosunu düşündüyündən, futbolçuların sağlamlığı ilə oynayır.

Bu oyunçular elə yaşdadı ki, nə qədər çox məşq etsələr, bir o qədər xeyirlərinədi. Lakin millinin düşərgəsinə belə vaxtsız dəvətlər onların klublardakı vəziyyətinə mənfi təsir edir. Onlar komandalarının ümumi hazırlığından kənar qalır, məşqlərə fərqli durumda gəlirlər. Hətta “Səbail”in iki üzvü kimi yığmada zədə alıb qayıdanlar da var.

Amin Seydiyev (Qəbələ), Turan Manafov (Səbail), Rauf Hüseynli (Zirə), Ədilxan Qarəhmədov (Səbail), Rövlan Muradov (Qəbələ), Səbuhi Abdullazadə (Sumqayıt), Şakir Seyidov (Sabah), Elvin Cəfərquliyev (Sumqayıt), Ozan Can Kökcü (Sabah), Süleyman Əhmədov (Sumqayıt) kimi klublarında əsas heyətdə meydana çıxan futbolçuların növbəti turlarda ehtiyata düşdüyünü və ya istənilən səviyyədə çıxış etmədiyini görsəz, təəccüblənməyin.

Hələlik yalnız “Qarabağ” oyunçuların millinin düşərgəsinə göndərməyi lazım bilmir. AFFA-dan asılı olan digər klublar Obradoviçin təşəbbüsünə boyun əysələr də, onların məşqçiləri ciddi narazıdı və əməkdaşımızla söhbətlərində bunu açıq şəkildə bildiriblər. Növbəti turlardan sonra onların narazılığını rəsmən dilə gətirməsinə siz də şahid olacaqsız (futbolinfo).

Milli komandanı düşünmək hamımızın borcudur. Lakin belə mənasız toplanışlarla yığma üzvlərinə ziyan vurmuş oluruq. Belədə U-21 özü də ziyan çəkəcək. Obradoviç özünü ağıllı göstərmək istəyir. Bu, həm də klub məşqçilərinə hörmətsizlikdi, özünü onlardan daha ağıllı göstərmək niyyətidi. Görəsən, Serbiyada Milana eyni şəraiti yaradardılarmı?

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı