"Keşlə" Fransadan hücumçu gətirir? - AÇIQLAMA

14 Yanvar 2020 21:20 Şamaxı 1 326
"Keşlə" Fransadan hücumçu gətirir? - AÇIQLAMA

"Bizim transfer siyahımızda bir neçə futbolçunun adı var. Ancaq Fransadan heç bir futbolçu ilə maraqlanmamışıq" - bunu Sportinfo.az saytına açıqlamasında "Keşlə"nin baş meneceri Eldəniz Yusifov deyib.

Mətbuatda yayılan xəbərlərə münasibət bildirən klub rəsmisi məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib: "Təbii ki, maraqlandığımız, heyətə qatmaq istədiyimiz futbolçular var. Ancaq Fransadan futbolçu gətirmək istədiyimiz xəbərini sizdən eşidirəm".

Qeyd edək ki, bu gün mətbuatda "Keşlə"nin Fransanın ikinci divizionunda mübarizə aparan "Havr"ın hücumçusu Ebenezer Assifuanın transferini gözdən keçirməsiylə bağlı xəbər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"