Yeni işə başlayan məşqçi komandadan şikayətləndi

10 May 2022 11:00 Şamaxı 789
Yeni işə başlayan məşqçi komandadan şikayətləndi

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Premyer Liqanın 26-cı turunda "Sumqayıt"a 0:2 hesablı məğlubiyyəti şərh edib:

- Mənim üçün danışmaq bir az çətindi. Çünki bu gün komandamdan belə oyun gözləmirdim. Komanda meydanda aqressiv deyildi. Kollektivin 70 faizinin hərəkətliliyi az idi. Bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Bunu araşdırıb, nəticə çıxaracağıq. "Sumqayıt"ı qələbə münasibətilə təbrik edirəm. Cərimə meydançasına 4 asma etdilər, ikisi qolla nəticələndi. Biz isə 15-20 ötürmə etmişdik. Bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Əslində, məşqlərdə bunun üzərində işləyirik. Amma təəssüflər olsun ki, hücumçularımız alındıra bilmirlər. Azarkeşlərimizi, rəhbərliyimizi sevindirə bilmirik deyə, çox məyusam. Azarkeşlərdən üzr istəyirəm.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu matçda qələbəyə ümid edirsiniz?
- Ümid edirəm. Bu gün də ümid edirdim ki, qələbə qazanarıq. Düzdü, "Səbail"lə matçdan sonra tam olaraq bu oyuna hazırlaşmaq üçün cəmi 3 gün vaxtımız oldu. Futbolçular da məşqdə həvəsli idi. Qələbəni çox gözləyirdim. Ona görə dedim ki, bu cür oyunu onlardan gözləmirdim. Çalışacağıq ki, bir qələbə ilə məğlubiyyətləri unutduraq.

- Sizdən əvvəl Sənan Qurbanov da futbolçulardan şikayət edirdi. Bunun səbəbi nədi?
- Komandaya 20 günə yaxındır ki, baş məşqçi təyin olunmuşam. Futbolçulara da demişəm, komandanın fiziki durumu çox aşağıdı. Gələn gündən dedim ki, arxaya çəkilmək yoxdu. Ən azından top itkisindən sonra aqressiv futbol oynamaq lazımdı. O da çatışmır. Bu gün də onların özünə qeyd etdim ki, daxili enerji olmalıdı futbolçuda, onu da göstərə bilmədik.

Digər Xəbərlər
Xəbər Lenti