Geri qayıtdı, tənbeh olundu: "Bu görkəminlə futbolçuya oxşamırsan"

28 Yanvar 2022 11:40 Şamaxı 1 672
Geri qayıtdı, tənbeh olundu: "Bu görkəminlə futbolçuya oxşamırsan"

"Keşlə"nin qış transfer dönəmində heyətinə qatdığı Franko Flores baş məşqçi Sənan Qurbanovun narazılığı ilə qarşılaşıb.

Argentinalı mərkəz müdafiəçisinin düşərgəyə xeyli artıq çəki ilə gəlməsi gənc çalışdırıcını hiddətləndirib.

Qurbanov onun istəyi olmadan geri qaytarılan argentinalı legioneri komandanı içində tənqid edib, "bu görkəminlə futbolçuya oxşamırsan" söyləyib.

29 yaşlı cənubi amerikalı cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Franko Flores 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edib. Klub daha əvvəl "Neftçi"dən Fəhmin Muradbəylini icarəyə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi