Paytaxt klubu son anda 40 min manatdan "imtina edib"

26 Fevral 2021 13:00 Şamaxı 695
Paytaxt klubu son anda 40 min manatdan "imtina edib"

Premyer Liqanın son 6 turunda qələbə üzü görməyən "Keşlə"nin futbolçuları 40 min manat ı "ovcunun içindən qaçırıb".

"Sabah"la matçın 90+1-ci dəqiqədə Fofana Tiemokonun bərabərlik qolunu vurmasına mane ola bilməyən qonaqlar üzüntülü anlar yaşayıb.

Klub rəsmiləri onlarla görüşdə maraqlı rəqəm səsləndirib. Bildirilib ki, yeni ildən sonra keçirilən oyunlara üst-üstə 200 min manat mükafat qoyulub:

"Bu qədər pulu hər komandada vermirlər. Qələbə qazan, səhər də gəl, mükafatını götür. Hər dəfə bizdə nəsə çatmır, qələbəyə mane olur".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti