“Rəqiblər Gəncədə çətinliklə üzləşirdi, xal alaanda sevinirdilər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in hücumçusu Salif Sisse deyib.
Yanvardan etibarən Azərbaycanda çıxış edən fransalı legioner komandanın Gəncədən uzaq düşməsinin onlara ciddi problem yaratdığını bildirib:
“Qəbələdə sanki evdə yox, səfərdə oynayırıq. Halbuki nominal meydan sahibi qismində çıxış edirik.
Gəncədəki matçlarımız yadınızdadır? “Qarabağ” və “Sabah” kimi komandalar bizi məğlub edə bilməmişdi.
Burada az sayda azarkeşin qarşısında çıxış etmək çətindir. Gəncədə isə əsl futbol ab-havası olur”.