"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

01:10 Kəpəz 76
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

Sentyabrın 12-də Misli Premyer Liqasının 5-ci turunda "Kəpəz" və "Qəbələ" arasında keçiriləcək oyununun start fitindən əvvəl Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Kəpəz"in mətbuat xidməti məlumat yayıb.

Bu addım Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədardır. Bununla bağlı "Kəpəz"in PFL-ə müraciətinə müsbət cavab verilib.

Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM