"Komandamız adından nəticəyə görə üzr istəyirəm"

01:00 Kəpəz 114
"Komandamız adından nəticəyə görə üzr istəyirəm"

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, 1:4 hesablı yenilgini belə şərh edib:

“Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur.

Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır.

Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi.

İkinci hissədə istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabı arasındakı fərqi azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük.

Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi.

Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum.

Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.

Futbol təmas oyunudur və sürətli oyunlarda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM