11 min adamla Premyer Liqada varlıq göstərən 11 nəfər

11:30 Kəpəz 96
11 min adamla Premyer Liqada varlıq göstərən 11 nəfər

«Kəpəz» ardıcıl üçüncü ev oyununda ikinci qələbəsini qazandı.

Yenə 1:0, yenə Viktor Stina. Moldovalı vingerin «Turan Tovuz»a vurduğu qol da möhtəşəm alınmışdı, dünən «Qəbələ»yə vurduğu da.

Viktor sanki Gəncə və bu şəhərin azarkeşi üçün doğulub. Şəhər çıxsa, camaat onu əlinin içində gəzdirər, başına pərvanətək dolanar.

Azər Məmmədov papağını göyə atsın ki, «Kəpəz» artıq rəqiblərini doğma məkanda qəbul edə bilir. Bu, onun və komandasının yeganə, amma ən böyük üstünlüyüdür.

Gəncə əhli «Kəpəz»i iddialı görmək istəyir. Doğal haqlarıdır bu - dəfələrlə çempionluqlar yaşamış şəhərin əhli nə istəməlidir ki?

«Kəpəz» kənar bir yerdə «Qəbələ»nin öhdəsindən gələ bilməzdi. Onlara 3 xalı stadiona toplaşmış 11 min fanat qazandırdı.

Final fitinə sakitləşmək, dayanmaq bilməyən, komandanı irəli, qələbəyə səsləyən və meydandakı 11 nəfərin arxasında dağ kimi dayanan o 11 min adam.

Belə çılğın publika qarşısında oynamaq, onun dəstəyini almaq hər komandaya müəssər olmur.

Futbolçular sevinməlidir ki, Gəncə azarkeşi «Kəpəz»i tək buraxmır. Oynadıqları futbola qalsa, gərək tribunada 5-10 nəfərdən artıq adam olmaya.

Məmmədov sıradan heyət yığıb. Klass aşağı, oyun intizamı ondan da aşağıdır. «Kəpəz»i oynadan «12-ci oyunçu»dur.

Azarkeşin təsir gücündən müsbət mənada yararlanan tək komanda olmaq xoşbəxtdiyi «Kəpəz»in bəxtinə yazılıb, Çox şanssılıdırlar.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!