"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar

4 Sentyabr 03:50 Kəpəz 484
"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar

AFFA-nın təşəbbüsü ilə "Kəpəz" Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, ədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.

Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!