"Kəpəz" el içinə çıxmasına peşman oldu - VİDEO

01:20 Kəpəz 108
"Kəpəz" el içinə çıxmasına peşman oldu - VİDEO

Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

"Şamaxı"nın heyətində Tornike Axvlediani (9), Uğur Cahangirov (21), Ayman Bouali (63) və Həbib İsmayılov (76) fərqləniblər. Meydan sahiblərinin yeganə qolu isə Desmond Akuanın (58) aktivinə yazılıb.

5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla onuncudur.

“Kəpəz” – “Şamaxı” 1:4

Gəncə şəhər stadionu, 15000 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Rəhman İmami, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Viktor Stina, 25 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 40 (qeyri-idman hərəkəti); Rojerio Santos, 40 (qeyri-idman hərəkəti); Mahamadu Ba, 70 (qeyri-idman hərəkəti); Əli Səmədov, 83 (qeyri-idman hərəkəti); Mate Abuladze, 90+3 (qeyri-idman hərəkəti) // Jota, 2 (qeyri-idman hərəkəti); Rikardo Fernandes, 25 (hakimin qərarına etiraz); Edqar Adilxanov, 40 (qeyri-idman hərəkəti); Ayman Bouali, 40 (qeyri-idman hərəkəti)
Qollar: Desmond Akua, 56 // Tornike Axvlediani, 10; Uğur Cahangirov, 21; Ayman Bouali, 63; Həbib İsmayılov, 76
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

“Kəpəz”
1. Rojerio Santos
7. Namik Ələskərov
(10. Rəhman Hacıyev, 75)
20. Rafael Məhərrəmli
(34. Urfan Abbasov, 46)
29. Dioqo Verdaska (k)
9. Kennet Kalunqa
(33. Benito, 75)
21. Azuma Abubakar
11. Viktor Stina
3. Mahamadu Ba
(99. Əli Səmədov, 75)
14. Adama Fofana
(17. Ümid Səmədov, 84)
4. Mate Abuladze
27. Desmond Akua
Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
81. Elgün Bayramov
6. Vadim Abdullayev
8. Şakir Seyidov
2. Arzu Atakişiyev
70. Şahnur İsmayılov
66. David Domqjoni
Baş məşqçi: Azər Məmmədov

“Şamaxı”
1. Rikardo Fernandes (k)
5. Emin Rüstəmov
97. Oruc Məmmədov
(77. Okan Təhməzli, 85)
10. Edqar Adilxanov
(8. Teşaqer Dequ, 85)
14. Uğur Cahangirov
(80. Həbib İsmayılov, 59)
13. Rikardo Apolinario
9. Tornike Axvlediani
(19. Abdullahi Şuaybu, 62)
11. Ayman Bouali
(88. Hacıəli Şirəliyev, 85)
3. Jota
4. Rui Paşeko
52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
7. Emil Süleymanov
17. Sənan Muradlı
66. Ceyhun Bağırzadə
Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM