Misli Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 4-də “Kəpəz” və “Şamaxı” arasında keçiriləcək matça artıq 7000 bilet satılıb.
Sportinfo.az xəbər verir ki, futbol həvəskarları biletləri həm iticket.az saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər.
Qarşıdakı görüşə biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Bilet satışı bu templə davam edərsə, avqustun 30-da “Kəpəz” – “Turan Tovuz” oyununda qeydə alınan 13500 tamaşaçı rekordunun yenilənəcəyi gözlənilir.
Oyun bu gün saat 20:15-də başlanacaq.
