Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Turan Tovuz" oyununun (1:0) keçirildiyi Gəncə şəhər stadionundan videoçarx hazırlayıb.
Sportinfo.az xəbər verir ki, videoda uzun fasilədən sonra Premyer Liqa qarşılaşmasının keçirildiyi arenadakı ab-hava, azarkeşlərin tribunadakı dəstəyi və matçdan görüntülər yer alıb.
Qeyd edək ki, təxminən 3 ildən sonra Premyer Liqa oyununa ev sahibliyi edən Gəncə şəhər stadionunda bu qarşılaşmanı 13 500 tamaşaçı izləyib. Bu, son 10 mövsüm ərzində arenada qeydə alınan ən yüksək göstəricidir.
Sözügedən arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb. 4-cü kateqoriyalı stadionda isə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin oyunlarının, eləcə də milli komandaların rəsmi matçlarının keçirilməsinə icazə verilir.
