Albaniyalı mərkəz müdafiəçisi rəsmən "Kəpəz"də - FOTO

1 Sentyabr 22:40 Kəpəz 530
Albaniyalı mərkəz müdafiəçisi rəsmən "Kəpəz"də - FOTO

"Kəpəz" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi David Domqyoni ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Albaniyalı mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

29 yaşlı futbolçu son olaraq İsraildə "Hapoel"in (Yerusəlim) formasını geyinib.

"Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax"), Azuma Abubakar (son klubu “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu "Araz-Naxçıvan"), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu "Zimbru", Moldova), Hüseyn Babayev ("Baku Sportinq"), Namiq Ələsgərov ("Zirə"), Rəşad Əzizli (son klubu "Səbail"), Olabiran Blessinq Muyiva (son klubu “Akritas”, Kipr) və Demond Akuanı ("Son klubu "Dender", Belçika) da heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO