"Napoli" Kulibalinin əvəzləyicisini Fransada tapdı

10 Sentyabr 2020 00:28 İtaliya 786
"Napoli" Kulibalinin əvəzləyicisini Fransada tapdı

Kaludi Kulibalini "Mançester Siti"yə 75 milyon avroya satmağa hazırlaşan "Napoli" yeni müdafiəçi axtarışına çıxıb.

Sportinfo.az xəbər verir ki, neapollular "Lion"un mərkəz müdafiəçisi Ceyson Denayeri seneqallı futbolçunun əvəzləyicisi kimi görür.

Belçika millisinin üzvünün agenti İtaliya təmsilçisinə bu keçidin 30 milyon avroya reallaşa biləcəyini çatdırıb. "Napoli" Kulibalini 75 milyon avroya satdıqdan sonra rəsmi təklif göndərməyi planlaşdırır.

"Lion" 25 yaşlı futbolçunu 2018-ci ildə "Mançester Siti"dən 10 milyon avroya transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"