"Real"ın ulduzu Azərbaycan millisi ilə oyuna çıxmayacaq?

28 Sentyabr 2023 09:20 Problem 875
"Real"ın ulduzu Azərbaycan millisi ilə oyuna çıxmayacaq?

Avstriya millisinin kapitanı David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, "Real Madrid"də çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.

Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib.

Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq. Daha əvvəl Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!