Can üçün cəmi 5 dəqiqə

6 Aprel 08:20 İtaliya 852
Can üçün cəmi 5 dəqiqə

Azərbaycan millisinin legioneri Ozan Can Kökçünün də formasını geyindiyi “Helsinki” Finlandiya çempionatında yeni mövsümün ilk turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “İlves” ilə qarşılaşıb.

Ozan Can da bu qarşılaşmada iştirak edib. Matça ehtiyatdan başlayan millimizin üzvü 85-ci dəqiqədə Alexander Rinqin əvəzinə meydana çıxıb.

Görüş “Helsinki”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Matça fəal başlayan Ozan Canın komandası artıq 14-cü dəqiqədə Santeri Hostikkanın dublu ilə 2:0 hesabı ilə önə keçsə də, sonradan qapısında 3 qol görməklə mövsümə məğlubiyyətlə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!