Yanvar qədər komandaya yeni legionerlərin cəlb olunması nəzərdə tutulmayıb

08:20 Basketbol 101
Yanvar qədər komandaya yeni legionerlərin cəlb olunması nəzərdə tutulmayıb

Sportinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) təmsilçisi NTD qışa qədər yeni legioner transfer etməyi planlaşdırmır.

Bu barədə klubun mətbuat xidmətindən azb.az-a bildirilib ki, yanvar ayına qədər komandaya yeni əcnəbi basketbolçunun dəvət olunması nəzərdə tutulmayıb.

Məşqçilər korpusunun qərarına əsasən, NTD mövsümün ilk yarısını hazırda heyətdə yer alan üç legionerlə tamamlayacaq.

Onlar bu müddət ərzində öz akademiyasına və gənclər sisteminə üstünlük verəcək.

Belə ki, U-16 və U-18 komandalarından olan perspektivli yerli basketbolçuların əsas heyətin məşqlərinə və oyunlarına cəlb olunması gözlənilir.

Klubun mətbuat xidmətindən o da əlavə olunub ki, heyətin yeni legionerlərlə gücləndirilməsi məsələsinə yanvar ayında yenidən baxıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM