Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı oldu

04:40 Hadisə 81
Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı oldu

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin (ROİL) təmirdən sonra açılışı olub.

Sportinfo.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və tanınmış idmançılar iştirak ediblər.

Açılışda nazir Fərid Qayıbov idman obyektində aparılmış təmir və yenidənqurma işləri ilə yaxından tanış olub.

Liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.

1963-cü ildən fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində dünya və olimpiya çempionları yetişib.

Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olublar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku