"Gəncə" ilk ev oyununda uduzdu - Avrokuboklarda

14 Oktyabr 03:30 Basketbol 304
"Gəncə" ilk ev oyununda uduzdu - Avrokuboklarda

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.

Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.

"Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a məğlub olub - 63:92.

Digər Xəbərlər
Xəbər Lenti