Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges, Lionel Messinin xanımı Antonella Rokuzzounn sosial şəbəkə paylaşımına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Corcina, Argentina millisindən ayrılması ilə bağlı Messiyə həsr olunan paylaşımın şərh bölməsində “Gözəl paylaşım – ailə” sözlərini yazıb.
Lionel Messi ötən həftə Argentina millisinin heyətində vida oyununa çıxıb. Argentinalılar Benin yığmasını 3:0 hesabı ilə məğlub ediblər.
Messi qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, ümumilikdə isə Argentina millisində 208 oyun keçirib və 126 qol vurub.
