Azərbaycanlı hakim Elçin Məsiyev beynəlxalq təyinat alıb.
Sportinfo.az xəbər verir ki, FIFA referisi UEFA Avropa Liqası Liqa mərhələsinin II turunun "Çelye" (Sloveniya) - "Omoniya" (Kipr) matçını idarə edəcək.
Ona yan xətlərdə Elşad Abdullayevlə Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR-da italiyalı Luka Payretto, AVAR-da isə həmyerlimiz Nicat İsmayıllı əyləşəcək.
"Çelye" - "Omoniya" qarşılaşması oktyabrın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
