Çempionlar Liqasında ilk qələbə!
Bu, heç vaxt unudulmayacaq, tarix boyu yaşayacaq, yada düşəcək hadisədir.
«Sabah» qitənin ən mötərəbər turnirində keçirdiyi ilk mövsümdə «siftə»ni Bakıda etdi. İllər sonra böyük futbola qucaq açan Baku Olimpiya Stadionunun hardasa boş, hardasa dolu tribunaları önündə.
Nəhayət, Çexiya kabusu başa çatdı. «Şəmkir», «Karvan» və «Qarabağ»ın bacarmadığının öhdəsindən «Sabah» gəldi. «Slaviya»nın qapısından iki cavabsız top keçirməklə.
Qollardan birini Kahim Paris vurdu, birini də Coy-Lens Mikels. Amma mənə görə, onlar bir yana, Stas Pokatilov bir yana.
Qazaxıstanlı kiper son vaxtlar əla formadadır və dünən komandasının ən yaxşısı idi. Hər iki hissədə etdiyi qurtarışlarla yoldaşlarını ayaqda saxladı, çökməyə qoymadı.
Stasın qapıdakı inanılmaz duruşu «Sabah»ı məğlubiyyətdən qələbəyə doğru apardı. Burada digərləri ondan sonra gəlir.
Valdas Dambrauskasın fəlsəfəsi 3 xal üstündə qurulub. Nicatın qapısını bunda görür - komandasının mərkəzi göbtürməsində və hücum qurmasında.
Bu, hər məşqçidə olmayan keyfiyyətdir. Azərbaycanda çox az məşqçi var ki, bu yola getməyə çalışır və bacarır.
Dambrauskas «Sabah»ın timsalında ikinci «Qarabağ»ı bizə izlətdirir. O. ümumiyyətlə, rəqibin adından, sanından, statusundan, Avropa futbolundakı yerindən çəkinmir və qorxmur.
«Biz öz futbolumuzu oynayaq, hər şey yaxşı olacaq» - litvalı baş məşqçinin devizi dəyişməzdir.
«Sabah»da hər şey alınır. İştirak etdiyi yarışın ranqından asılı olmayaraq. «Mançester Yunayted»dən çəkinməyən, 17 pas gedişi edən komanda «Slaviya»dan da çəkinərmi heç? 1
7 ildir ÇL-də qələbə üzünə həsrət qalan «Slaviya»nı ikinci toplarda üstələyən «Sabah»ın sürətli cinah keçidləri başgicəlləndirici idi.
Başqa sahə olsaydı, deyərdim ki, «Sabah»ın gözünü qan tutub, Çempionlar Liqasında sıravi iştirakçı rolunu ifa etməyəcək.
MUSA
